Vibro Masaj və Miostimulyasiya Cihazı - G-Max Ultra
00594
1300,00
AZN
1700,00
AZN
Vibro Masaj və Miostimulyasiya Cihazı - G-Max Ultra G-max ultra cihazı estetik və kosmetoloji məqsədlərlə arıqlama, sellülit azaldılması, dərinin dartılması və əzələ stimulyasiyası üçün nəzərdə tutulmuşdur. Üç texnologiyanı bir arada təqdim edir: Müxtəlif başlıqlar və texnologiyaların kombinasiyası sayəsində bədənin bir neçə nahiyəsində eyni anda effektiv nəticələr əldə etməyə imkan verir.
Vibro masaj texnologiyası xüsusi titrəyici başlıqlar vasitəsilə bədənin səthinə və dərin toxumalara mexaniki vibrasiya tətbiq edir.
Dəri elastikliyini artırır, sellüliti və piy yığınlarını azaldır
Elektroterapiya xüsusi elektrodlar vasitəsilə aşağı tezlikli elektrik impulsları göndərir. Bu impulslar əzələlərin yığılmasına və aktivləşməsinə səbəb olur
Əzələ tonusunu artırır
Passiv idman effekti verir
Sellülit azaldılmasına kömək edir
Metabolizmanı aktivləşdirir
Reabilitasiya və bərpa üçün uyğundur
Qarın, bel və bud nahiyələrində arıqlama prosesini sürətləndirir
Klinikalar, spa və estetik mərkəzlər üçün ideal seçimdir
Vakum bankalarının funksiyası:
Neqativ təzyiq (suction) vasitəsilə dəriyə və dərialtı toxumalara təsir edir.
Limfa drenajı – limfa mayesinin axışını sürətləndirərək ödemi (şişi) və toksinləri azaldır.
Mikro dövranı yaxşılaşdırır – qan dövranını artıraraq dəriyə oksigen və qida maddələrinin daşınmasını artırır.
Əzələ rahatlaması və masaj effekti – vakuum masajı sinirləri stimullaşdıraraq gərginliyi azaldır.
Bankaların forması və ölçüsü: Fərqli ölçülərdə olur (kiçik, orta, böyük) – müxtəlif bədən nahiyələri üçün (üz, qollar, qarın, bel və s.).