Dermatosiaskopiya - dərini zədələmədən və histoloji müayinə aparmadan dəqiq diaqnozun qoyulmasına imkan verən sürətli skrininqdir. Adi dermatoskopiyadan fərqli olaraq, bu üsul dəri törəmələrinin 4 növ polyarizasiya olunmuş işıqla vizual diaqnostikasına əsaslanır.
Dermatosiaskopiya ağrısız olub, xüsusi aparat - siaskop ilə aparılır. 1 ədəd törəmənin müayinəsinə cəmi bir neçə dəqiqə sərf olunur. Yüksək həssaslığa malik siaskop polyarizasiya olunmuş işıq şüaları vasitəsilə dərini skanlayır. Aparatdakı xüsusi proqramlar insan dərisinin işıq dalğalarını müxtəlif qatlarda udmaq, əks etdirmək və səpələmək qabiliyyətinə əsasən təhlil aparır. Nəticədə 11 mm ölçüdə 5 siaskan (təsvir) əldə edilir. Burada dərinin müxtəlif komponentləri: onun dermatoskopik vəziyyəti, başlıca dəri xromoforlarının - yəni melanin, hemoqlobin və kollagenin konsentrasiyası qeydə alınır. Dermatoskanlarda hətta dəridə baş verən ən xırda dəyişiklikləri də izləmək mümkündür.
Siaskanlar dərinin müxtəlif qatlarını ayrı-ayrılıqda, dəfələrlə böyüdülmüş görüntüdə analiz etməyə kömək edir. Dermatosiaskopiyanın digər üstünlüyü ondan ibarətdir ki, alınan təsvirləri çap edib saxlamaq mümkündür. Bu, həkimə törəmələrin dinamikasını izləməyə imkan verir.
MoleMate SIAscope V cihazının üstünlükləri: • Sürətli diaqnostika • Qeyri-invaziv müayinə üsulu • Uzunmüddətli istifadəyə davamlılıq • Sadə idarəetmə sistemi • Yüksək dəqiqlikli diaqnostik nəticə • Tamamilə ağrısız müayinə