Dental Lazer - FireLas Blue - 4 fərqli dalğa uzunluğunu 450 nm, 635 nm, 810 nm, 980 nm özündə birləşdirən, həmçinin göy + yaxın infraqırmızı lazerdən ibarət innovasion stomatoloji avadanlıqdır. Bu cihaz parodontologiya, endodontiya, konservativ terapiya, cərrahiyyə, implantologiya, eləcə də estetik prosedurlar, məsələn, dişlərin lazerlə ağardılması üçün nəzərdə tutulmuşdur.
FireLas Blue həm yumşaq, həm də sərt toxumalarla işləməyə imkan verir, prosedurların keyfiyyətini xeyli yüksəldir, dəqiq kəsmə, sterilizasiya qabiliyyəti və qanaxmanı dayandırmaq sayəsində müalicənin ağırlaşma ehtimalını minimuma endirir.
Dental Lazer - FireLas Blue üstünlükləri: - 4 fərqli tezlikdə işləmək imkanı; - 450 nm göy lazer sayəsində erkən sağalma; - Android üçün sadə proqram təminatı; - Rəngli sensor ekran və rahat interfeys; - Hava soyutma sistemi hesabına təhlükəsiz müalicə