Ultrasəs Terapiya (Fonoforez) - LHC

00608
850,00
AZN
1100,00
AZN
Ultrasəs Terapiya (Fonoforez) - LHC
1 MHz və 3 MHz tezlikli ultrason dalğaları vasitəsilə işləyir. Bu tezliklər həm səth, həm də dərin toxumalara nüfuz edə bilən dərman daşınması üçün uyğundur

Fonoforez Prosedurunun Mahiyyəti və Faydaları
  • Fonoforez, dərman vasitələrinin dəridən keçərək toxumalara nüfuzunu artırmaq üçün ultrasəs enerjisi istifadə edilən bir fizioterapiya metodudur
  • Mexanizm: Ultrasəs gel ilə birgə dəridə tətbiq olunduqda, akustik vibrasiyalar istilik enerjisinə çevrilir, mikromasaj effektinə yol açır və dərman molekullarının dəridə daha dərinə nüfuz etməsini təmin edir

Təsir sahələri
  • Dərin toxumalara terapevtik molekulların daşınması
  • İltihabın azalması, qan dövranının stimullaşdırılması, metabolizmanın yaxşılaşdırılması.
  • Ağrının azalması, toxumalarda reabilitasiya və regenerasiyanın sürətlənməsi

Tətbiq və İstifadə Qaydaları
  • Dərman gel şəklində xəstənin dərisinə tətbiq edilir.
  • Sonra cihazın ultrasəs başlığı ilə bölgəyə yüngül təzyiq və hərəkətlər tətbiq olunur.
  • Prosedur ağrısızdır və adətən qısa müddətdə həyata keçirilir

LHC - Ultrasəs Terapiya (Fonoforez)— iki ultrason başlığı olan, həm 1 MHz həm də 3 MHz tezliklərini istifadə edə bilən, dərmanların dərindən bədənədaxili daşınmasında effektiv olan peşəkar fizioterapiya cihazıdır. Mikromasaj effekti və yüksək terapevtik effektivlik sayəsində ağrı, iltihab, yara sağalması və reabilitasiya kimi sahələrdə geniş tətbiq imkanı var.