IPL Laser

IPL laser sistemləri həm yeni açılan salonlar, həm də mövcud işini genişləndirmək istəyən müəssisələr üçün sərfəli investisiya modelidir. Bu cihazlar münasib qiymət aralığında təklif olunur və yüksək tələbatlı epilyasiya xidmətindən gəlir əldə etmək üçün ideal vasitədir. Müştərilər arasındakı davamlı tələbat salonların investisiyasının qısa zamanda geri dönməsini təmin edir.

IPL laser cihazı ilə siz də salonunuzda sürətli, rahat və effektiv epilyasiya xidmətləri təklif edə bilərsiniz. Tüklərin azalmasına yönəlmiş bu texnologiya peşəkar xidmət keyfiyyətinizi yüksəldir və daha geniş müştəri auditoriyasına çatmanıza kömək edir.

IPL (Intense Pulsed Light) – geniş spektrli işıq texnologiyasıdır və bazarda çox vaxt IPL laser kimi tanınır. Klassik lazerlərdən fərqli olaraq, IPL bir neçə dalğa uzunluğunu eyni anda tətbiq edir və bu səbəbdən daha universal istifadə imkanı yaradır.

IPL laser necə işləyir?
IPL cihazı dəriyə impuls şəklində işıq göndərir. Bu işıq:
  • Tük köklərindəki melanini hədəfləyir
  • Tüklərin böyüməsini zəiflədir
  • Dərinin tonunu yaxşılaşdırır
  • Ləkə və qızartıları azaldır

IPL laser üstünlükləri
  • Epilyasiya və dəri baxımı bir cihazda
  • Geniş sahədə sürətli işləmə
  • Ağrısız və komfortlu prosedur
  • Dərinin cavanlaşmasına kömək edir
  • Minimal risk və bərpa müddəti

Hansı sahələrdə istifadə olunur?
  • Lazer epilyasiya
  • Piqment ləkələrinin aradan qaldırılması
  • Akne və dəri problemləri
  • Kapilyar damarların müalicəsi
  • Ümumi skin rejuvenation (cavanlaşdırma)

IPL və lazer fərqi
  • IPL laser → geniş spektrli işıq, çoxfunksiyalı
  • Diode / Alexandrite lazer → konkret dalğa uzunluğu, daha dərin və güclü təsir

IPL laser kimlər üçün uyğundur?
  • Gözəllik salonları
  • Estetik klinikalar
  • Kosmetologiya mərkəzləri
  • Yeni biznes qurmaq istəyənlər